Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Hər il oktyabrın 3-dən 18-dək Budapeştdə Müasir İncəsənət Festivalı (Payız festivalı) keçirilir. Builki festival çərçivəsində şəhərin müxtəlif hissələrində 100-dən artıq mədəniyyət tədbiri baş tutub.
Macarıstan paytaxtı sakinlərinin maraqla izlədikləri proqramlardan biri də Budapeştin 6-cı rayonunda yerləşən Azərbaycan səfirliyinin dəstəyi və Terezvaroş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Bakı Xoreoqrafiya Məktəbinin yetirməsi, hazırda Macarıstanda yaşayan Viktoriya Podolskayanın ifasında Azərbaycan milli rəqslərindən ibarət rəngarəng proqram festival iştirakçılarının böyük marağına səbəb olub.