...

Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş tədbir-sərgi keçirilib

Mədəniyyət Materials 3 Aprel 2015 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Cənubi Azərbaycanda baş vermiş "21 Azər" milli-azadlıq hərəkatının fəal iştirakçısı, müdafiə naziri, general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş "İşıqlanan yaddaş" adlı tədbir-sərgi təşkil olunub.

Muzeydən Trend-ə verilən məlumata görə, sərgidə ilk dəfə olaraq C.Kavianın şəxsi əşyaları (hərbi geyim, Səttarxan ordeni, 21 Azər medalı, qılınc və s.), fotoşəkillər, sənədlər nümayiş olunub. Həmin əşyalar C.Kavianın oğlu Marks Kavian tərəfindən muzeyə daimi mühafizəyə təhvil verilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, M.Kavianın dostu Əmrulla Şirvanov, Əlyazmalar İnstitutunun mətbuat katibi Sərvan Kərimov, Kavian ailəsinin dostu Sudabə Qəhrəmanova, və M.Kavian çıxış ediblər.

Tədbirdə C.Kavianın qohumları və dostları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dillər Universitetinin tələbələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti