...

Nobel mükafatçısı, yazıçı Günter Qrass vəfat edib

Mədəniyyət Materials 13 Aprel 2015 15:46 (UTC +04:00)
Ədəbiyyat üzrə Nobel mükafatçısı, alman əsilli yazıçı Günter Qrass 87 yaşında dünyasını dəyişib.
Nobel mükafatçısı, yazıçı Günter Qrass vəfat edib

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Ədəbiyyat üzrə Nobel mükafatçısı, alman əsilli yazıçı Günter Qrass 87 yaşında dünyasını dəyişib.

Trend-in məlumatına görə, "Qrimmlərin sözləri" adlı romanı ilə (2010) məşhur nağılçılar Vilhelm və Yakob Qrimm qardaşlarının həyatından bəhs edən G.Qrass 2012-ci ildə dərc etdiyi şeirlə İsrailin İrana qarşı siyasətini sərt tənqid etmişdi. Bu şeirdən sonra İsrail yazıçını antisemitizmdə ittiham edərək, "persona-non-qrata" elan etmişdi.

1927-ci ildə Dansiq (indiki Qdansk - Polşa) şəhərində anadan olan yazıçı 17-18 yaşlarında SS-də xidmət edib. Lakin bu fakt təxminən 60 il sonra, 2006-cı ildə dərc olunan "Yaddaş soğan" kitabındakı etirafları nəticəsində məlum olub. O, 1959-cu ildə yazdığı "Tənəkə təbil" əsəri ilə ədəbiyyata gəlib. 1999-cu ildə "pritçaları ilə tarixin unudulmuş obrazına işıq saldığına görə" mükafat alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti