...

200 min dollarlıq geyimləri oğurlandı

Mədəniyyət Materials 11 May 2015 00:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İlhamə İsabalayeva/

Hollivud aktrisasi Demi Murun 200 min dollar dəyəri olan geyimləri oğurlanıb.

Trend xarici mətbuata istinadən bildirir ki, oğurlanmış geyimlər Hollivudun şimal hissəsindəki anbar yerində saxlanılırdı.

Hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, itkini mayın 4-də aktrisanın işçilərindən biri aşkar edib. Hazırda polis axtarış aparır.

Faktlardan biri də budur ki, Demi Murun işçilərindən heç biri son 6 ayda həmin anbarda olmayıb. Ola bilər ki, oğurluq keçən il ərzində olub. Amma oğurluğun olduğu yerdə videomüşahidələr uzun müddət saxlanılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti