...

"Yüksəliş" sənədli filminin təqdimatı olacaq

Mədəniyyət Materials 21 May 2015 18:10 (UTC +04:00)
Mayın 26-da, saat 19:00-da Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Vasif Babayevin "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkdiyi "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.
"Yüksəliş" sənədli filminin təqdimatı olacaq

Azərbaycan, Bakı, 21 may /Trend/

Mayın 26-da, saat 19:00-da Nizami Kino Mərkəzində tanınmış rejissor, xalq artisti Vasif Babayevin "Salnamə" studiyasında dövlət sifarişi ilə çəkdiyi "Yüksəliş" tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, film görkəmli alim-konstruktor, uzun illər SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri olmuş general-leytenant Kərim Kərimovun xatirəsinə həsr olunub.

Filmin ideya müəllifi akademik Arif Paşayev, layihə rəhbərləri akademiklər Arif Paşayev və Arif Mehdiyev, ssenari müəllifi Vasif Babayev, operatorları Valeri Pankratov, Nadir Zeynalov, Elçin Abdullayev, Aleksey Malışev, Sahib Səfərov, 1970-1980-ci illərin xronika operatorları Muxtar Məmmədov, Gennadi Pastuşkov, Zahid Nəzərov, Rafiq Cavadov, Rüstəm Zülalov, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Azad Axundov prodüserləri Vasif Babayev və Nazim Hüseynovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti