...

Supermodel təyyarədən qovuldu

Mədəniyyət Materials 9 İyun 2015 01:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Britaniyalı supermodel və aktrisa Keyt Moss aqressiv davranışa görə "Easyjet" aviaşirkətinin təyyarəsindən çıxardılıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə İngiltərənin Luton aeroportunda baş verib.

Polis bildirib ki, qayda-qanuna nəzarət edən əməkdaşlar K.Mossu təyyarədən qovublar. Bununla bağlı ondan heç bir rəsmi şikayət edilməyib və o saxlanmayıb.

K.Mossun qaydaları necə pozduğu açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti