...

Azərbaycanın incəsənət xadimi Türkiyənin "Uğur və Şöhrət" mükafatına layiq görülüb

Mədəniyyət Materials 29 İyun 2015 16:59 (UTC +04:00)
İstanbul Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi Elşad Bağırov Türkiyənin Semiha Berksoy Opera Vəqfi tərəfindən “Uğur və Şöhrət” mükafatına layiq görülüb.
Azərbaycanın incəsənət xadimi Türkiyənin "Uğur və Şöhrət" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İstanbul Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın əməkdar incəsənət xadimi Elşad Bağırov Türkiyənin Semiha Berksoy Opera Vəqfi tərəfindən "Uğur və Şöhrət" mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Türkiyədə incəsənət aləminin mötəbər mükafatları sırasına daxil olan "Uğur və Şöhrət" mükafatı opera sənəti sahəsində bacarıq və istedadı ilə seçilən, həyatını bu sənətə həsr edən insanlara təqdim edilir.

Azərbaycanlı dirijor E.Bağırov bu mükafata opera sənəti sahəsində uzun illər ərzində fəaliyyətinə, qardaş ölkənin opera və balet sənətini böyük uğurla təmsil etdiyinə görə layiq görülüb.

Semiha Berksoy Opera Vəqfi və münsiflər heyəti yaradıcılığını Türkiyə opera və balet sənətinin inkişafına həsr edən soydaşımıza bu mükafatı təqdim etməkdən böyük fəxr duyduğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti