...

“28 Cinema” Arnold Şvartseneggerin pərəstişkarları üçün eksklüziv aksiya keçirir

Mədəniyyət Materials 25 İyul 2015 14:27 (UTC +04:00)
“28 Cinema” Arnold Şvartseneggerin pərəstişkarları üçün eksklüziv aksiya keçirir.
“28 Cinema” Arnold Şvartseneggerin pərəstişkarları üçün eksklüziv aksiya keçirir

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"28 Cinema" Arnold Şvartseneggerin pərəstişkarları üçün eksklüziv aksiya keçirir.

Trend-in məlumatına görə, iyul ayının 27-dən 29-dək "Terminator" filmlərinin bütün pərəstişkarları "28 Cinema"da bu yayın ən səs-küylü premyerası olan "Terminator: Genezis" 3D filmini xüsusi olaraq 2 AZN-ə baxa biləcəklər. Filmin seanslarının vaxtları 14:30 və 19:15.

Film haqqında qısaca: Müqavimət lideri Con Konnor, serjant Kayl Rizini anası Sara Konnoru müdafiə etmək üçün gələcəyə göndərir. Lakin səyahət vaxtı, zaman qırılması baş verir və serjant alternativ zamana düşür. İndi o təkcə Sara Konnoru xilas etməli deyil, həm də gələcəyi dəyişməlidir.

Biletlər məhdud saydadır. Ətraflı məlumatı www.28cinema.az saytından əldə etmək mümkündür.

"28 Cinema" kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. "28 Cinema" "PLATINUM MOVIE SUITES" zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində "Blackberry" restoranı və "Cappuccino coffee house" yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti