...

Tural Bayraməliyev: Heydər Əliyevin davamçıları olmağın qürurunu yaşayırıq

Mədəniyyət Materials 12 Avqust 2015 14:27 (UTC +04:00)
Qələm adamı həssas olur. Ölkədə baş verən hadisələri bir növ daxilindən keçirir. Acısını da, şirinini də eyni dadır.
Tural Bayraməliyev: Heydər Əliyevin davamçıları olmağın qürurunu yaşayırıq

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Qələm adamı həssas olur. Ölkədə baş verən hadisələri bir növ daxilindən keçirir. Acısını da, şirinini də eyni dadır.

Gənc olmağına baxmayaraq, vətənpərvər şeirləri, ictimai fikri, xeyriyyəçiliyi ilə seçilən Yazıçılar Birliyinin üzvü, şair Tural Bayraməliyevinin ədəbiyyatda, eyni zamanda, ölkədə baş verən ictimai, siyasi hadisələrə nə dərəcədə yanaşdığını xəbər aldıq:

- Ölkəmizin, vətənimizin sevincinə, uğuruna sevindiyimiz kimi, acısına da təbii ki, üzülürəm. Şükürlər olsun ki, ölkəmizdə əmin-amanlıq hökm sürür. Bunun da səbəbi düzgün idarəçilik sturukturu quran və idarə edən dövlət başçımızdır. Hansı ki, xalqının firavan həyat yaşamasını təmin edir. İctimai-sosial problemlərə biganə deyiləm. Özümüz də şahidik ki, ölkə başçısı bu yöndə məsələlərə biganə deyil. Daima xalqın içərisindədir.

- Yaradıcılıq istedadı olan məmurların rəsmi və qeyri-rəsmi tərəfləri nə ilə seçilir? Onların yaradıcılığı iş prinsipini ləngidirmi?

- Onların rəsmi tərəfləri tutduğu vəzifədən asılıdır. Qeyri-rəsmi tərəfləri isə normal həyat tərzi yaşayan, ən əsası sevən bir qəlbinin olmasıdır ki, o da istedadı üzə çıxarır. Yazmağa yaxşı mənada vadar edir, kimisi şeir yazır, kimisi mahnı bəstələyir, kimisi isə rəsm çəkir. Bəzən onlar üçün bir əsər yaratmaq bir ömür sevincinə bərabər olur. Heç nə ilə kifayətlənməyən bir ürəyin çırpıntısı, acısı, kədəri bir not belə dindirməyə bəs edir. Bu onların rəsmi işlərinə də bəlkə bir stumul yaradır. Ləngitmir, əksinə, daha da işlərinə uğurla davam edirlər.

- Şairlik prinsipiniz hansısa ictimai-siyasi məsələnin həlli istiqamətində sizi məmura çevirə bilər?

- Şairlik özü bir növ ictimai gündəmdə olan söz sahibinə şamil olunur. Siyasətlə heç zaman əlaqəm olmayıb. Amma içimdə sevgidən yaranan hisslər olub ki, hər zaman istəmişəm xalqımıza, dövlətimizə, vətənimizə layiqincə xidmət edim. Buna vətənpərvər şeirlərimdə də rast gələ bilərsiniz. Qismət Allahdan, kim bilir, bəlkə bir gün ola bilər. Bildiyiniz kimi, yeni bir dövr formalaşır.

- Sizcə, gənc nəsil ədəbiyyatda sözünü yetərincə deyə bilir?

- Məncə indiki nəsil ədəbiyyatda yetəri qədər sözünü deyə bilir, açıq fikirlidir.

- Yaşlı nəslin tənqidinə necə yanaşırsınız? Bəzən iki cəbhə arasında soyuq yellər əsir.

- Mən yaşlı nəslin mövqeyini önəmsiyirəm. Hətta böyük yaş fərqi ilə dostluq etdiyim qələmdaşlarım var. Mübadilələrimiz olur. İlk şeirlərimi məhz onlara məsləhətləşirəm. Yazıçılar Birliyinin sədri Anar müəllimin tövsiyələrinə biganə deyiləm. Kitablarını oxumuşam. Ən yaxşı əsər təbii ki, bizim də yaradıcılıq inkişafımıza töhfəsini verir. Hər bir deyilən və yazılan söz bizim vətəndaş mövqeyimizin göstəricisidir. Ona görə də, yüz düşünüb, bir danışmaq vacibdir. Xüsusilə qeyd edim ki, Ulu öndərimiz müdrik bir insan olub. O gələcəyi görərək hər zaman gəncliyə böyük əhəmiyyət verib. Biz onun davamçıları olmağın qürurunu yaşayırıq.

- Ölkəmizdə keçirilən və gözlənilən idman oyunlarını maraq göstərirdiniz?

- Əlbəttə. Hər hansı bir ölkəni dünyada tanıtdıran iki amil var - biri mədəniyyət, digəri idmandır. I Avropa Oyunları çox təmtəraqlı və mötəbər bir yarış oldu və bütün dünyaya səs saldı. Bundan gözəl uğur necə ola bilər? Bir anda Azərbaycanımız dünyaya günəşin şəfəqləri kimi yayıldı. Yenidən bu Oyunların keçirilməsini səbirsizliklə gözləyirəm. Ölkəmizin hər uğur və nailiyyəti bizim uğurumuz deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti