...

Məşhur müğənnilər dünya azərbaycanlılarını təbrik ediblər (FOTO, VİDEO)

Mədəniyyət Materials 28 Dekabr 2015 13:30 (UTC +04:00)
Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (Azerbaijan International Youth Alliance) tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bağlı təbrik video-çarxı hazırlanıb.
Məşhur müğənnilər dünya azərbaycanlılarını təbrik ediblər (FOTO, VİDEO)

Bakı. Trend:

Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansı (Azerbaijan International Youth Alliance) tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bağlı təbrik video-çarxı hazırlanıb. Trend-in məlumatına görə, video-çarxda məşhur azərbaycanlılar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər. Azərbaycan dövlət himninin sədaları altında müğənni Araş, Emin Ağalarov və Bəxtiyar Əliyev (Bahh Tee) dünya azərbaycanlılarına təbrik mesajlarını göndəriblər.

Qeyd edək ki, video-çarxdakı müsahibələri Sankt-Peterburqdakı Azərbaycan Gənclər Birliyinin sədr müavini, AİYA-nın idarə heyətinin üzvü Zülfüqar İsmayılov alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti