...

Həftəsonu istirahət üçün premyeralar sizi gözləyir

Mədəniyyət Materials 18 Fevral 2016 17:43 (UTC +04:00)
Nizami Kino Mərkəzində fevralın 18-dən ABŞ istehsalı olan “Qürur ön muhakimə və zombi”, “Nümunəvi erkək №2” və Rusiyanın “Seçkilər günü 2” filmlərinin nümayişinə başlanıb.
Həftəsonu istirahət üçün premyeralar sizi gözləyir

Bakı. Trend:

Nizami Kino Mərkəzində fevralın 18-dən ABŞ istehsalı olan "Qürur ön muhakimə və zombi", "Nümunəvi erkək №2" və Rusiyanın "Seçkilər günü 2" filmlərinin nümayişinə başlanıb.

"Qürur ön muhakimə və zombi" filminin ssenari müəllifi və rejissoru Berr Stirsdir. Ekran əsəri dəhşət, döyüş və melodram janrında çəkilib. Süjet xətti maraqlıdır: Elizabet Bennet və bacıları, İngiltərənin küçələrini basmış gəzən ölülərlə mübarızə aparmağa məcburdular. Mister Darsi isə qızlara həyatda qalmağın əsaslarını öyrədir.

Filmdəki rollara Lili Ceyms, Sem Rayli, Bella Hitkot, Elli Bamber, Milli Breydi, Syuki Uoterhaus, Duqlas But, Selli Fillips, Çarlz Dens, Cek Hyuston və başqa aktyorlar çəkilib.

"Nümunəvi erkək № 2" komediyasının rejissoru isə Ben Stillerdir. Bu film də maraqlı süjeti ilə sizi cəlb edəcək: Dünya məşhurlarından bir neçəsi qətlə yetirilib. Dəbli polisin xüsusi agenti Montana Qrosso tədqiqata kömək üçün artıq yaşlanmış kişi-model Derek Zulanderə müraciət edir. Görəsən dəb həyatında baş verən bu cinayətlərin qarşısını alıb, qalib kimi dünya podiumuna dönmək mümkün olacaq?

Filmdə, baş rolları Ben Stiller, Ouen Uilson, Penelopa Kruz, Kristen Uiq, Uill Ferrel, Benedikt Kamberbetç, oliviya Mann, Kristin Teylor, Ariana Qrande, Castin Biber və başqa aktyorlar canlandırıblar.

"Seçki günü 2" filmini rusiya rejissoru Aleksandr Barşak komediya janrında çəkib. Filmdə İqor Tsaplin üçüncü çagırış seçkilərə qatılmağa hazırlaşır və seçki kampaniyasının aparılmasında ona işgüzar piar - komanda kömək edəcək.

Filmdə, baş rolları Leonid Barats, Rostislav Xait, Aleksandr Demidov, Kamil Larin, Vasiliy Utkin, Nonna Qrişayeva, Maksim Vitorqan, Mixail Yefremov, Aleksey Makarov, Aleksey Kortnev və başqa aktyorlar canlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti