...

Azərbaycanı Stokholmda “Miracle” adlı mahnı ilə Səmra Rəhimli təmsil edəcək (FOTO)

Mədəniyyət Materials 10 Mart 2016 18:30 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə Eurovision Mahnı Müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini açıqlayıb.
Azərbaycanı Stokholmda “Miracle” adlı mahnı ilə Səmra Rəhimli təmsil edəcək (FOTO)

Bakı. Trend:

İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə Eurovision Mahnı Müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini açıqlayıb.

21 yaşlı ifaçı mayın 10-da baş tutacaq ilk yarımfinalda Eurovision səhnəsinə çıxaraq "Miracle" mahnısını ifa edəcək.

Hələ 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsinin Milli Seçim Turunda iştirak etmiş, lakin o dövrdə Milli Müsabiqənin həmin ilki ən gənc iştirakçıcı kimi ictimaiyyətin diqqət mərkəzinə çevrilmiş 16 yaşlı Səmra ölkəni Eurovision-da təmsil etmək hüququnu əldə edə bilməmişdi. Bundan sonra o müxtəlif ölkələrdə keçirilən "Səs" müsabiqələrində iştirak etmiş və daha da püxtələşmişdir. Belə ki, 2015-ci ildə Səmra "O Səs Türkiyə" verilişində dörddə bir finala qədər irəliləmiş, 2016-cı ilin Mart ayında isə "Səs Azərbaycan" müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib.

İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti və Avropanın 35 ölkəsindən olan Eurovision azarkeşlərinin rəyi əsasında seçilib.

Səmranın Eurovisionda ifa edəcəyi "Miracle" mahnısının rəsmi olaraq təqdimatı bu həftə sonu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti