...

Hacı Nuran Bakıya qayıdıb

Mədəniyyət Materials 17 Mart 2016 20:58 (UTC +04:00)
Azərbaycanın tanınmış aparıcısı Hacı Nuran Hüseynov Novruz bayramını qeyd etmək və bir sıra tədbirlərdə iştirak etmək üçün müvəqqəti olaraq Bakıya qayıdıb.
Hacı Nuran Bakıya qayıdıb

Bakı. Vüqar İmanov - Trend:

Azərbaycanın tanınmış aparıcısı Hacı Nuran Hüseynov Novruz bayramını qeyd etmək və bir sıra tədbirlərdə iştirak etmək üçün müvəqqəti olaraq Bakıya qayıdıb.

Aparıcı Trend-ə bildirib: "Şükür Allaha ki, yenə də evə qayıtdım, lakin yalnız bayrama görə. Sonra yenidən Almaniya gedəcəyəm. Səhhətim bir qədər yaxşılaşıb, lakin həkimlər daha yarımillik ciddi müalicəyə ehtiyac olduğunu deyirlər. Mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm".

N.Hüseynov Bakıya səfərinin təşkilinə görə gənclər və idman naziri Azad Rəhimova minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti