...

Xalq artisti Sidqi Ruhullanın 130 illik yubileyi ilə bağlı tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 29 Mart 2016 12:56 (UTC +04:00)
Martın 28-də Buzovna qəsəbəsi R. Axundov adına Mədəniyyət evində Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış aktyor, xalq artisti Sidqi Ruhullanın anadan olmasının 130 – illik yubileyi münasibəti ilə “Səhnəmizin Qacarı”adlı ədəbi bədii musiqili gecə keçirilib.
Xalq artisti Sidqi Ruhullanın 130 illik yubileyi ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Martın 28-də Buzovna qəsəbəsi R. Axundov adına Mədəniyyət evində Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə tanınmış aktyor, xalq artisti Sidqi Ruhullanın anadan olmasının 130 - illik yubileyi münasibəti ilə "Səhnəmizin Qacarı"adlı ədəbi bədii musiqili gecə keçirilib.

Bu barədə Trend-ə İdarədən məlumat verilib.

Sidqi Ruhullanın səhnə fəaliyyəti haqqında fotoşəkillərdən ibarət video çarx qonaqlara nümayiş olunub.

Tədbirdə Sidqi Ruhullanın ailəsi adından iştirak edən qohumu Dürdanə xanım, mədəniyyət evinin direktoru Nursevər Yəhyazadə, C.Cabbarlı adına Azərbaycan Dovlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, şairə-publisist Gülarə Munis, Buzovna kəndinin axundu Hacı Soltan Hüseynqulu oğlu, Akademik Milli Dram Teatrının aktyorları əməkdar artistlər Mirzə Ağabəyli, Çingiz Ələskər, bədii qiraətçi Əlinur və kənd sakinləri tanınmış aktyor haqqında bildiklərini və xatirələrərini bölüşüblər.

Mədəniyyət evinin "Səda" instrumental ansanblının ifasında musiqi nömrələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti