...

Azərbaycanla Qətər arasında turizmin inkişafı istiqamətində görülməli işlər müzakirə edilib

Mədəniyyət Materials 6 Aprel 2016 10:53 (UTC +04:00)
Azərbaycanla Qətər arasında turizmin inkişafı istiqamətində görülməli işlər müzakirə edilib.
Azərbaycanla Qətər arasında turizmin inkişafı istiqamətində görülməli işlər müzakirə edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanla Qətər arasında turizmin inkişafı istiqamətində görülməli işlər müzakirə edilib. Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məsələ mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası və Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Qətər Dövlətinin Doha şəhərinə səfəri zamanı müzakirə edilib.

Ə.Qarayevin səfər çərçivəsində Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Ahmed bin Jassim bin Mohammed Al-Thani ilə görüşüb. Görüşdə Azərbaycanda mövcud olan turizm infrastrukturu və potensialı haqqında söhbət açılmış, hər iki ölkədən gələn turistlərin sayının artması istiqamətində görüməli işlər müzakirə edilmişdir. Bu sahədə infotur və press-turların keçirilməsi təklif olunmuş, qeyd olunmuşdur ki, qısa zaman müddətində tədbirlər planının hazırlanması üçün iki nazirlik arasılnda işçi qrup yaradılsın və turizm axınının artırılması məqsədilə təkliflər irəli sürülsün. Ə.Qarayev Azərbaycanın turizm imkanlarından söhbət açarkən əsasən sağlamlıq turizmi, qış turizmi haqqında geniş məlumat vermiş, Şahdağ Turizm Kompleksinin geniş imkanlarından söhbət açmışdır.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə nazirliyin nümayəndələri ilə yanaşı, Azərbaycan Konqreslər Bürosu və "Şahdağ Turizm Mərkəzi"-nin rəhbərləri də daxildir. Səfər zamanı Azərbaycanın turizm sənayesi nümayəndələri də, Qətər turizm nümayəndələri ilə görüşlər keçirmiş, ikitərəfli əməkdaşlıq memorandumları imzalanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti