...

G.Şaroyev adına musiqi məktəbinin şagirdi Beynəlxalq müsabiqədə (FOTO)

Mədəniyyət Materials 8 Aprel 2016 13:16 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbin X sinif şagirdi Elyar Əliyev Rusiyanın Saratov şəhərində “YENİ NƏSİL” Uşaq və gənclərin yaradıcılığına dəstək Fondunun keçirdiyi VI Beynəlxalq müsabiqə-festivalında iştirak edib.
G.Şaroyev adına musiqi məktəbinin şagirdi Beynəlxalq müsabiqədə (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbin X sinif şagirdi Elyar Əliyev Rusiyanın Saratov şəhərində "YENİ NƏSİL" Uşaq və gənclərin yaradıcılığına dəstək Fondunun keçirdiyi VI Beynəlxalq müsabiqə-festivalında iştirak edib.

idarədən Trend-ə verilən məlumata görə, müsabiqədə MDB ökələri ilə yanaşı Bolqariya, Macarıstan, Çexiya, Latviya və digər ölkələrin gənc vokalçıları yarışıb.

E.Əliyev müsabiqənin birinci günü A.S.Darqomıjskinin "Mne qrustno" və italyan mahnısı "Tornato Sorento", ikinci günü isə italyan mahnısı ilə yanaşı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Süleymanın mahnısını ifa edib. Dahi Üzeyir bəyin ölməz əsərinin musiqi parçası tamaşaçıların və münsiflər heyətinin alqışları ilə qarşılanıb.

Xatırladaq ki, E.Əliyevin müəllimi İlham Nəzərovdur. Müsabiqə-festivalın mükafat təqdimatı mərasimində o, II dərəcəli diploma layiq görülüb. Həmçinin, münsiflərin qərarına əsasən məktəbin direktoru Yusif Vəliyevə Təşəkkür məktubu ünvanlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti