...

7-ci Qlobal Forumda beynəlxalq təşkilatlar da təmsil olunacaq

Mədəniyyət Materials 22 Aprel 2016 12:47 (UTC +04:00)
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək.
7-ci Qlobal Forumda beynəlxalq təşkilatlar da təmsil olunacaq

Bakı. Trend:

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumda beynəlxalq təşkilatlar da təmsil olunacaq

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Katibi Əbdüləziz bin Osman əl-Tüveyrci, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) direktoru Paulus Bekkers, Ərəb Dövlətləri Liqasının Sivilizasiyalararası Dialoq Departamentinin Direktoru Samia Bibars, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət, Sosial və Ailə Məsələləri Departamentinin baş direktoru Mehla Talebna, Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Mixail Kristides 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

Bu barədə Trend-ə Mədəniyyət və Turiam Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti