...

Barboskinlərə sizin köməyiniz lazımdır!

Mədəniyyət Materials 31 Avqust 2016 15:15 (UTC +04:00)
Dekabrın 25-də Bakıda Heydər Əliyev Sarayında “Barboskinlərin yeni il sərgüzəştləri” adlı uşaq tamaşası təqdim olunacaq.
Barboskinlərə sizin köməyiniz lazımdır!

Bakı. Trend:

Dekabrın 25-də Bakıda Heydər Əliyev Sarayında “Barboskinlərin yeni il sərgüzəştləri” adlı uşaq tamaşası təqdim olunacaq.

Trend-in məlumatına görə, tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytından əldə etmək olar. Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn-alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

“Özəl teatr” yeni texnologiyalar, başgicəlləndirici effektlər, rəqslər və mahnılardan istifadə etməklə maraqlı musiqili turne şousu təqdim edir. Tamaşanı “Barboskinlərdə Yeni il” və “Barboskinlər kiber məkanda” kimi hitlərin rejissorları təqdim edilər. Kompüter qrafikası, tanış rəngarəng geyimlər, ifaçıların filiqran incəsənəti ilə ahənglik təşkil edən sirayətedici mahnılar bayramın bütün qonaqlarına silinməz təəssüratlar bəxş edəcək. Tamaşada əsl sirk artistləri və bütün uşaqların sevimli personajları olan Barboskinlər iştirak edirlər.

Nağılın orijinal süjeti şounu Yerdəki ölkələr üzrə virtual səyahətlər karnavalına çevirir. Qış tətilləri zamanı Barboskinlərin mehriban ailəsi Şaxta Baba səltənətində peyda olur. Füsunkar yeni il möcüzəsi bayramına amansız Epidemiya Oznobovna və Nasmork Virusoviç qorxu salır. Bütün dünyanı tutmaq istəyən hər iki cani Şaxta Babanın əfsanəvi nəqliyyat vasitəsindən istifadə edir. Təcili tədbirlər görmək lazımdır! Barboskinlər möcüzəli “slayp”ın köməkliyi ilə Çin, Fransa və Avstraliyadan olan köpəklərlə əlaqə saxlayır. Hər yerdə onların köməyini gözləyirlər və cəsur ailə çox sürətli dünya səyahətini həyata keçirir. Tamaşaçılarla birgə səylər sayəsində gənc Barboskinlər məkrli düşmənlərə qalib gələ bilərlər.

Tamaşaya gəlin. Barboskinlərə sizin köməyiniz lazımdır!

Biletlərin sifarişi və ərizələr üçün telefon nömrəsi: (050)3549054

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti