...

Böyük uğurla Avropada nümayiş olunan premyera Bakıda təqdim olunacaq (FOTO)

Mədəniyyət Materials 16 Sentyabr 2016 12:29 (UTC +04:00)
TRİDA Beynəlxalq Prodüser Mərkəzi hamının sevimli cizgi filmi "Maşa və Ayı"nın motivləri əsasında "Xoşbəxtlik sandığı" adlı yeni interaktiv tamaşanı təqdim edir.
Böyük uğurla Avropada nümayiş olunan premyera Bakıda təqdim olunacaq (FOTO)

Bakı. Trend:

TRİDA Beynəlxalq Prodüser Mərkəzi hamının sevimli cizgi filmi "Maşa və Ayı"nın motivləri əsasında "Xoşbəxtlik sandığı" adlı yeni interaktiv tamaşanı təqdim edir.

Tamaşa 29-30 oktyabr Akedemik Milli Dram Teatrı səhnəsində təqdim olunacaq. "Xoşbəxtlik sandığı" böyük uğurla Avropanın bir sıra ölkələrində nümayış olunub.

Trend-in məlumatına görə, tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında əldə etmək olar. Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn-alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

Təşkilatçılar bütün uşaqları və valideynləri Moskvanın ANİMAKKORD studiyasının Maşa, Ayı, Dovşan və digər sevimli qəhrəmanlarının olduğu musiqili və macəralı tamaşada iştirak etməyə dəvət edir! Və ən əsası Maşanın "Xoşbəxtlik sandığı" tamaşasında yeni şən macəraları necə tapdığına baxmağa dəvət edir.

Sizi və uşaqlarınızı gözləyir:

- Maşa və dostlarının yeni macəraları;

- sevimli cizgi filminin ab-havası;

- tez tanınan xarakterlər və qəhrəmanlar;

- maraqlı nömrələr və sürprizlər;

- şən rəqslər, mahnılar və oyunlar;

- əla əhval-ruhiyyə!

Tamaşanın süjeti: Gözəl yay günlərinin birində Maşa birdən qərara gəldi ki, bəxti gətirmir. Və o, xoşbətlik sandığı istəyinə düşdü. Bəs onu haradan götürmək olar? O, meşə ilə xoşbəxtlik axtarmaq üçün yola düşdü. Yol boyunca müxtəlif heyvanlara rast gəldi və onların hamısı da xoşbəxt olmaq istəyinə düşdü. Lakin hər birinin öz qayğıları və problemləri var idi. Maşa onlardan hər birinin ən böyük arzularına çatması üçün hamıya kömək edirdi. Maşa kömək etməyə davam edirdi, lakin o öz xoşbəxtliyini tapa bilmədi və evə qayıtdı. Burada isə!..

Janr - musiqili, macəralı komediya.

Tamaşanın müddəti 55 dəqiqədir (antraktsız).

İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti