...

Bakıda Milena Nəbiyevanın "Minabi - Kainat naxışları" ilk fərdi sərgisi keçiriləcək

Mədəniyyət Materials 3 Fevral 2017 14:18 (UTC +04:00)
8-11 fevral tarixlərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət Qalereyasında “Minabi – Kainat naxışları” ilk fərdi sərgi keçiriləcək və bu sərgidə gənc rəssam Milena Nəbiyevanın əsərləri təqdim olunacaq.
Bakıda Milena Nəbiyevanın "Minabi - Kainat naxışları" ilk fərdi sərgisi keçiriləcək

Bakı. Trend:

8-11 fevral tarixlərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət Qalereyasında “Minabi – Kainat naxışları” ilk fərdi sərgi keçiriləcək və bu sərgidə gənc rəssam Milena Nəbiyevanın əsərləri təqdim olunacaq.

“Minabi - Kainat naxışları” sərgisi müəllifi əhatə edən şəxsi təəssüratları təmsil edən parlaq palitradır. Bu, nəinki rəsm əsərlərində, eləcə də, mebeldə, qablar üzərindəki bəzək nümunələrində, parçada və aksessuarların yaradılmasında da təzahür edir.

Bu cür müxtəlifliyi rəssamın bölüşmək istədiyi dünyası yaradıb. M.Nəbiyevanın rəsm əsərlərinin fərqli xüsusiyyəti rəsmin yaradılmasına onun qeyri-standart yanaşmasından ibarətdir. Ənənəvi akril və yağlı boyalardan savayı, o Swarovski daşlarından istifadə edir. Rəssamın söylədiyi kimi, o nəinki rəng baxımından boyalara böyük parlaqlıq vermək istəyir, eləcə də, onların qığılcımlarına büllur zolağın parıltısını da bəxş etmək niyyətindədir. Rəssamın əsərlərində boyaların uzlaşması – həyata qarşı sevginin qələbəsi, günəş rənglərinin parlaq təzahürü olub, müəllifin xarakterinə xasdır.

M.Nəbiyevanın sənəti yolu türk motivlərinə xas olan naxışlara qarşı marağın oyanmasından başlanıb. Məhz naxışlar rəssamın yaradıcılığının əsasını təşkil edir. O etiraf edir: "Naxışlar istənilən şəkildə mənim marağıma səbəb olur. Mənim tarixlə çoxdan maraqlanmağım naxışlı rəsmlərin öyrənilməsində də öz əksini tapdı. Xüsusilə də, “tarixin tozu ilə örtülmüş” rəsmlərdən söhbət gedir. Onların məzmununda o dərəcədə mistika, sirlər, dərin məna gizlənmişdir ki".

Müəllif təsdiq edir ki, naxışlar bizi hər tərəfdən əhatə edir. Onları yalnız görməyə çalışmaq lazımdır - gölməçədə, yarpağın kölgəsində, şüşədəki əksimizdə…

Təsvirin naxışlı şəbəkəsini tamaşaçının diqqətinə təqdim etməyə çalışan rəssam həddən artıq mürəkkəb olan və diqqət ilə təmkin tələb edən kontur texnikasından tez-tez istifadə edir. Milena üçün bu texnika ilə işləmək gerçəkliyin sərhədlərinin silinərək mənəvi uçuş ab-havasının hökm sürdüyü dünyaya nüfuz etməyə bənzəyir. Əksər hallarda rəssam ilhamını insanlardan alır. İnsanlar ilə ünsiyyət onun şəxsiyyətini zənginləşdirir. Axı Milenanın təsdiq etdiyi kimi, bu cür insanların aurası – insanın mahiyyət etibarilə necə bir şəxsiyyət olmasından asılı olan naxışlardır. Rəssamın sözləri ilə desək: "Mən belə hesab edirəm ki, maraqlı insan ilə hər bir görüş – adi hadisə deyildir. Mən tamamilə əminəm ki, qarşımıza çıxan hər bir kəs Tanrı tərəfindən müəyyən məqsəd ilə göndərilib. Buna görə də, bu cür görüşlərə mənasız görüşlər kimi münasibət bəsləmək və ya onları qeyri-ciddi hesab etmək lazım deyildir. Bu ki, həyatımıza vurulan naxışlardır".

“Minabi - Kainat naxışları” fevral günlərində qonaqpərvər İncəsənət Qalereyasının astanasına qədəm qoyan qonaqlara hər bir rəsm əsərindən irəli gələn parıltılı rənglər ilə zəngin məkanı hədiyyə edəcək. Rəssama həyatda öz təsdiqini tapmış rənglərin təbiiliyi xasdır. Axı o etiraf edir ki, tünd tonları sevmir. Hətta monoxromlu qammada o ən parlaq rəngləri seçəcək. Buna görə də rəssamın fırçasının məhsulu olan qadın obrazları müxtəlif rənglərə bələnmişdir. Bütün bunlar ilə yanaşı, bu boyaların vəhdəti zamanı rəssamın istinad etdiyi türk və afrika palitralarına xas olan spektrlardır.

Sərginin ekspozisiyası elə qurulub ki, qonaqlar bədii işlərin seçimində təzahür edən ocağın istiliyi və rahatlığı ilə qarşılaşa bilsinlər. M.Nəbiyevanın sözlərinə görə, “Minabi - Kainat naxışları” ideyası: "Mənim yaradıcılığımın ani aspektləridir. Müəllif mebeli – evin fərdi tərəfinin yaradılmasının bir hissəsi kimi məişət məkanının rəng və forma vasitəsilə görünməsidir. Rəsm əsərləri və tətbiqi işlər – pazl rolunda ətraf məkan hissinin daha da geniş vüsət alması olub, gündəlik həyata hisslərin və qavrayışın müxtəlifliyini əlavə edir".

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti