...

"Azərbaycan milli geyimləri olduğu kimi" sərgisi açılacaq (FOTO)

Mədəniyyət Materials 3 İyul 2017 19:42 (UTC +04:00)
“Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin son tamamlanma işləri aparılır.
"Azərbaycan milli geyimləri olduğu kimi" sərgisi açılacaq (FOTO)

Bakı. Trend:

İyulun 4-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçiriləcək.

Bu barədə Trend-ə Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Sərgidə Azərbaycan, Gürcüstan, İrandakı muzey və kolleksiyalarda aparılmış tədqiqatlar nəticəsində bərpa olunmuş XIX əsrin sonu, XX əsrin əvvəllərində istər Şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq tam qadın və kişi geyim dəstləri, 70-dən artıq unikal rəsm və fotoşəkil, müvafiq tarixi məlumatlar, həmçinin Muzey tərəfindən müxtəlif illərdə nəşr olunmuş etnoqrafik kitab və kataloqlar təqdim olunur.

Sərginin açılış mərasimi iyulun 4-də, saat 16.00-da Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək sərgiyə giriş sərbəst və pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti