Bu, Flora Xəlilzadədir

Bu, Flora Xəlilzadədir

Onu çoxdan, ilk yazılarından tanıyıram və Flora Xəlilzadə imzası artıq bu məmləkətdə içində mətbuat sevgisi, ədəbiyyat, jurnalistika məhəbbəti olanların hamısına tanışdır. Onun yazılarını hamı oxuyur, çünki bu yazılarda işıq var, işıq təşnəsi olanların hər biri bu yazılarla maraqlanır və intizarla digər yazılarını gözləyir. Azərbaycan mətbuatı Florasız keçinmir, çünki bu yazılarda keçmişin, bu günün həqiqətləri yaşayır.

Flora Xəlilzadənin jurnalist məharəti, publisist kimi özunəməxsusluğu, bədii (şeir və nəsr) yazılarındakı orijinal, fərdi çalarlar haqda onun qələm dostları da öz ürək sözlərini söyləyiblər. Onun yazılarında təbiətin özü kimi rəngli, təravətli boyalar axtarıblar, o yazıları zamansız yazılar da adlandırıblar. Mən də bütün bu haqlı təriflərə qoşuluram. Ancaq Flora Xəlilzadə haqqında, onun bir ziyalı və yaradıcı insan kimi özünəməxsusluğu barədə mənim də deməyə öz sözüm var.

BİRİNCİ SÖZÜM: Flora Xəlilzadə professional yazardır. Belə yazarların sayı mətbuata sığınıb at oynadan, amma o atın üstündə duruş gətirməyənlərin sayından qat-qat azdı. Flora xanım o azlardan biridir və öz yazıları ilə o çoxları utandırır. Yəni biz bilirik ki, yazı necə olmalıdır- ən yaxşı yazılar ən yaxşı insanlara oxşayır, təmiz, saf, mənən qürurlu, heç bir maddiyyat əsiri olmayıb öz daxili azadlığını hifz edən insanlar kimi. Professional səviyyə təkcə savadla, biliklə, dünyagörüşü ilə ölçülmür, həm də daxili mədəniyyətlə ölçülür. Bu daxili mədəniyyət tələb edir ki, nə yazırsvn, kimdən yazırsan, hansı mövzuya, hansı problemə müraciət edirsən, təki yalana, jurnalist «oyunbazlığına» meyl eləmə. Həyatın nəfəsini öz nəfəsinə qatıb yazıya ver.

İKİNCİ SÖZÜM: Flora Xəlilzadə sənət, ədəbiyyat mühitinin adamıdır və bu aləmin – bu mühitin bütün guşələrinə yaxşı bələddir. Onun publisistik yazılarının əksəriyyəti də sənət adamlarının həyatı və yaradıcılığı ilə bağlıdır. Bu mövzuya müraciət edənlər az deyil. Amma Flora Xəlilzadə məlum streotipləri təkrar eləmir, hansı sənət adamından söz açırsa, onun tərcümeyi-halında elə cizgilər, elə məlum olmayan məqamlar tapır ki, sən o sənət adamını bir daha kəşf edirsən. Məsələn, Mirzə İbrahimov şəxsiyyətində yazıçılıqla görkəmli dövlət xadimi obrazını bir vəzdətdə, bir çevrədə dərk edirsən. Mehdi Hüseynin tənqidçilik missiyasını ədəbiyyata böyük sevginin təzahürü kimi anlayırsan. Çünki Mehdi Hüseynin ən kəskin tənqidi yazılarında da ədəbiyyat sevgisi yaşayırdı. İsmayıl Şıxlının zahirən zəhmli görünüşü arxasında böyük bir insanın daxili aləminin gözəllikləri yaşayırdı. Mənim əlimdə Süleyman Rəhimova və onun oğlu Şamoya həsr edilən iki yazısı var- hər iki yazı son dərəcə səmimi bir ovqatla yazılıb. Xüsusilə Şamo Rəhimov haqqında «Şeh kimi qısa ömür» yazısı. Mən Şamo haqqında çox az bilgiyə malik idim, Flora xanımın yazısında qısa bir ömür yaşayıb dünya elmində daha da parlaya biləcək bir nakamın portreti ilə qarşılaşdım. «Yaradıcılığın uşaqlarla bağlı bir istiqaməti gözəldir. İstər bədii əsər olsun, şeir, rəsm, cizgi filmi, hətta oyuncaqlar da. Çünki saydığımız ğu qiymətli sərvətlərin, əşyaların hər birində uşaq dünyamızın məhz bizim ovqatımızda yaratdığı sevinc, çöhrəmizdə duyulacaq təbəssümü şəksizdir»- Flora xanım rəsam Solmaz Musayevaya həsr etdiyi yazıya bu cümlələrlə başlayır və o yazıda sənət aləmində bəlkə də o qədər tanınmayan, amma öz sənəti ilə Azərbaycana beynəlxalq aləmdə də şöhrət gətirən rəssamı bizə tanıdır.

Flora Xəlilzadənin Azərbaycanın üç şöhrətli, sənəti ilə duyğularımıza hakim kəsilən Flora Kərimova, Afaq Bəşirqızı və Yaqut Abdullayeva haqqında qələmə aldığı kitablarından da ayrıca söz açmaq olar. Bənövşə ətirli səs- Bu ifadə Flora Kərimovaya aiddir və doğrusu, Flora Kərimovanın sənəti və xanımlığı, ziyalılığı barədə bundan önəmli bir ad tapmaq mümkün deyil. Çünki illər gəlib keçir, Flora Kərimova yaşa dolur, amma o bənövşə ətiri həılə də onun mahnılarında çağlayır. Söhbət təkcə addan getmir, həm də o adın doğurduğu məna ilə müğənninin sənət yolu arasında bənzərlikləri ortaya çıxarmaq da jurnalist məharəti tələb edirdi. Afaq Bəşirqızının güldürən və həm də qayğılandıran sənəti də eynən belədir- bu kitabda da məlum Afaq Bəşirqızının naməlum insani cizgiləri də «rəsm» edilir». Gözəl, məlahətli səsi ilə ürəkləri duyğulandıran Yaqut Abdullayeva. Gözə görünməkdən çəkinən ya çox zaman unutqanlığa «məhkum» edilən bu SƏS USTASInın sənətinin sehri də Flora xanımın yazısında öz əksini tapır.

ÜÇÜNCÜ SÖZÜM: Flora Xəlilzadə həm də tədqiqatçıdır. Tədqiqatçılığında publisistikanın əhəmiyyətli rolu var. Görürsən ki, çox sevdiyi bir klassik sənətkardan yazır. Məsələn, Vidadidən, Vaqifdən, Haqverdiyevdən.Iə o yazılarda qətiyyən alimnümalıq eləmir, sadə, aydın, səlis və duru bir dillə o sənətkarların ədəbi portretini yaratmağa çalışır. Məsələn, lap bu yaxınlarda F.Xəlilzadənin Molla Pənah Vaqifə Həsr olunan «Cahan mülkünün əbədi halı» yazısını oxudum. Bu yazıda Flora xanım heç də Amerika kəşf eləmir, məlum həqiqətlərdir söyləyir, amma elə söyləyir ki, bu yazı sanki Vaqif haqqında təzə yazıymış. Çünki belə yazılar və ümumiyyətlə, F.Xəlilzadənin digər yazıları təhkiyə şirinliyi, sadə, aydın, amma məıntiqi vurğusu ilə seçilir.

DÖRDÜNCÜ SÖZÜM:Bizi ilk növbədə, mənən yaxın və doğma eliyən Məmməd Araza-Azərbaycanın bu böyük şairinə sevgimiz olub. Məmməd Arazı, onun poeziyasını sevənlər çoxdu, doqquz milyonluq bizim Azərbaycanın, həm də sayı-hesabı bilinməz o taydakı azərbaycanlıların ən sevimli şairlərindən biridir Məmməd Araz. Mənim orta məktəb illərindən şeirlərilə könlümə, ruhuma hakim olan Məmməd Araz. Sonralar bu böyük şairdən bir kitab da yazdım, onunla yol yoldaşı da oldum və o kitaba görə ilk ədəbi mükafatımın adı da Məmməd Araz oldu. Flora xanımın Məmməd Araz sevgisi isə ölçüyə gəlməz. Onun istedadlı bir qələm sahibi və şair kimi parlamasında Məmməd Araz qayğvsı böyük rol oynayıb. Və Məmməd Arazla Flora xanımın qohumluğu bu sevginin özülüdür.

BEŞİNCİ SÖZÜM: Flora Xəlilzadə həm də ŞAİRdir. Onun şeirlərindən bircə misra belə oxumamışdım, oğlu Bəhruz Niftəliyevin vasitəsilə bu şeirlərin bir qismi ilə tanış oldum və mən şair sözünü böyük hərflərlə vurğulamağım əbəs deyil. Publisist-tədqiqatçı Flora Xəlilzadəni bir şair kimi də kəşf etdim.

Flora xanım Qərbi Azərbaycanın Urud kəndində dünyaya göz açıb, indii o kənd ancaq xatirələrində yaşayır. Şeirlərində də həsrət, kədər o xatirələrin ürəkdə, ruhda, canda korun-korun tüstülənməsindən doğur.

Vətən hey!

Anamın uzalı əli

Yanağımdan süzülən inci seli

Alışan, quruyan dilim-Vətən hey!

«İlk nəfəsim, son sözüm də Uruddu»-bu misranı da o yazıb.

Könlüm ablar ötənə

Ümid bağlar yetənə.

Ovul, ürəyim, ovul

Əlim çatmaz Vətənə.

Quş damından vəfalı

Daş da məndən vəfalı.

İldə bir yol Vətəndə

Qış da məndən vəfalı.

Bu bayatıların da müəllifi Flora Xəlilzadədir.

Bağrımı bayqular dağlayan yurdun,

Torpağı əkilmir, otu biçilmir.

Dərdini sinəmdə ağlayan yurdun

Yolları görünmür, izi seçilmir.

Yenə bahar gəldi, qaynadı qanım,

Könlümə öz evim, öz obam düşdü.

Ölümü, dirimi gərəkdi anım,

Yadıma gül nənəm, nər babam düşdü.

Nənəmin cəhrəsi, ağ idi hələ,

Gərdişdən, dönüşdən xəbər yox idi.

Ləşkər arzularım sağ idi hələ,

Analı-bacılı ömrüm tox idi.

Ömrü qovhaqovla çapıb getdilər,

Nənəmin cəhrəsi sahibsiz qaldı.

Sanki çıxış yolu tapıb getdilər,

Babamın dəhrəsi sahibsiz qaldı.

Bu şeir də Flora xanımındır və doğma yurd həsrəti çox təsirlidir.

ALTINCI SÖZÜM: Bu avqust ayında Əməkdar jurnalist Flora Xəlilzadənin ad günüdür. Mən onu xoşbəxt bir sənət adamı, istedadlı publisist, şair hesab edirəm və təbii ki, mənim bu fikrimlə həmrəy olanların sayı yüzlərlədir. Bu yazıda qətiyyən onun indiyə qədər aldığı mükafatları saymaq istəmirəm. Layiqdir ki, alıb. Flora xanım yeddicildliyini çapa hazırlayır və deyəsən, «Yazdıqlarım» adlanan bu gildlərin ikisi nəşr olunub. Amma o, yazmaqdan doymur. Onu düşündürən mövzular tükənmir və haçan mətbuatda «Flora Xəlilzadə» imzası görünürsə, sevinənlərdən biri də mənəm. Televiziyada-«Yadigarlar» verilişi isə hal-hazırda on minlərlə –yüz minlərlə tamaşaçı sevgisini qazanıb. Yorulmayasan, Flora xanım,-deyirəm və bu yazımın sonunu Flora Xəlilzadənin səmimi bir etirafı ilə bitirmək istəyirəm: «Bütün kəlmələrimə ürəyimin odunu yaxdım. Çalışdım ki, həmişə doğru sözün əlindən yapışım. Çalışdım ki, qəlbimin dediyi və qələmimin naxışladığı yazılarda çiy sözə təsadüf edilməsin. Sənət mülkündə kərpic-kərpic hördüym sözün ürəkdəın gəlməsinə, həqiqətdən don geyməsinə can aktdım. Bizdən sonra bizi yaşadacaq sözün həmişə qürurlu, həmişə uca olmasına çalışdım».

Vaqif Yusifli

"Hostimul" peşəkarlarının hazırladığı öyrədici videolar təqdim olunacaq
"Hostimul" peşəkarlarının hazırladığı öyrədici videolar təqdim olunacaq
“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub
“Azərpoçt” MMC Avropa Poçt İttifaqına üzv qəbul olunub
"Huawei" şirkəti Honor smartfon brendini satdığını açıqlayıb
"Huawei" şirkəti Honor smartfon brendini satdığını açıqlayıb
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev Ağdamın niyə daha tez azad olunmamasının səbəblərini açıqladı
Azərbaycanda koronavirusdan ölüm hallarının çoxalmasının səbəbləri açıqlanıb
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var
Azərbaycan Prezidenti: Meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Şuşanı azad etdik
Prezident İlham Əliyev: Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir
Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik
BQXK Dağlıq Qarabağda missiyasının tərkibini genişləndirəcək
Prezident İlham Əliyev: Lazımi beynəlxalq dəstəyi ala bildik
Prezident İlham Əliyev: Bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmirdilər
Azərbaycan Prezidenti: Münaqişənin həlli üçün lazımi hüquqi baza yaratmasaydıq, bu gün problemlərlə üzləşə bilərdik
Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST
Bakı Dövlət Universitetinin işçi heyətinə də smart Təhsil kartı təqdim edilib
Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin
Sabirabadda COVİD-19 xəstəsi karantin postunda saxlanıldı
Braziliyada koronavirusdan ölənlərin sayı 170 minə yaxınlaşır
ABŞ jurnalı Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektləri barədə məqalə dərc edib
JOCAP "Abşeron" yatağının işlənməsi ilə bağlı son işlər barədə
Ya qalib, ya qazi, ya da şəhid olmalıyıq - Şəhid polkovnik Babək Səmidli (VİDEO)
Anama Şuşanı söz vermişdim - Şəhid hərbçi ilə olmayan müsahibə
Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı açıqlanıb
Deputatlar bu gün 6 məsələnin müzakirəsinə toplaşır
Noyabrın 24-də xarici valyutaların manata qarşı məzənnələri
İngiltərə Premyer Liqasında daha 8 nəfər koronavirusa yoluxub
Ağdamdan olan məcburi köçkünlərin say tərkibi dəqiqləşdirilir (ÖZƏL)
Zaqatalada ferma və yük avtomobili yanıb
Qazaxıstanda koronavirusa daha 678 nəfər yoluxub
Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur - Hande Harmancı
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb
Britaniyada bir gündə koronavirusa 15 450 yoluxma qeydə alınıb
Avropa İttifaqı ölkələrinin liderləri Baydenlə Aİ-ABŞ münasibətlərini müzakirə ediblər
Nikaraquada yük maşını dərəyə aşıb, çox sayda ölən və yaralanan var
Tramp hakimiyyətin Baydenə təhvil verilməsi prosesinin başlanılmasına icazə verib
Fransada ötn sutka koronavirusdan 500 nəfər ölüb
İspaniya Kralı koronavirusa yoluxmuş şəxslə təmasdan sonra karantinə gedir
Zaqatalada yaşayış binasında yanğın olub
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 377 mini keçib
ANAMA 31 ədəd mina və partlamamış hərbi sursatı zərərsizləşdirib (FOTO)
BMT Dağlıq Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirəcək
Mətbuat Şurası “WarGonzo” layihəsinin müəllifi ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət edib
Fransız deputat: “Bu cür qətnamələr erməni icmasını xoşhal etməkdən o tərəfə keçməyəcək”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 542 mindən çox artıb
Teymur Rəcəbov "Skilling Open" turnirində Levon Aronyana qalib gəlib
Kanadada 4,8 bal gücüdə zəlzələ olub
Bakıda yük avtomobili yanıb
Prezident İlham Əliyev Ağdamda Azərbaycan bayrağını qaldırdı (FOTO)
Lavrov İordaniyanın XİN rəhbəri ilə Dağlıq Qarabağı müzakirə edib
Qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
“Neonatologiyada yeniliklər-2020” beynəlxalq konqresi keçirilib (FOTO)
Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyir?
Azərbaycanda mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
Ermənistanda daha bir nazir vəzifəsindən azad edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar (FOTO/VİDEO) (YENİLƏNİB-1)
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
Ağdamın Gülablı kəndindəki keçmiş orta məktəbdə Azərbaycan bayrağı qaldırılıb (FOTO/VİDEO)
Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)
Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib
Seyran Ohanyana qarşı daha bir maddə ilə ittiham irəli sürülüb
Rusiyalı zabit Qarabağda mina partlaması nəticəsində yaralanıb
Paşinyanın istefasını tələb edən siyasətçi aclıq aksiyasına başlayıb
İctimai iaşə müəssisələrində karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan bayrağına, Azərbaycan əsgərinə, Azərbaycan xalqına eşq olsun (VİDEO)
İşğaldan azad olunan ərazilərdə aparılan ilkin monitorinqin nəticələri UNESCO və ISESCO-ya təqdim olunub
İnformasiya əldə etmək hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın fəaliyyəti inkişaf etdirilib
Prezidentə yazırlar: Sizin müdrik rəhbərliyiniz sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdamdan görüntülər paylaşılıb (VİDEO)
Paytaxtın küçə və prospektlərində sıxlıq müşahidə edilir - BNA (FOTO)
Abşeronda COVID-19 infeksiyası ilə bağlı genişmiqyaslı reydlər bu gün də davam etdirilib (FOTO)
Fransada Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb
“Virtual təhsilə dəstək” layihəsinə start verilib
Azərbaycanda benzin istehsalı artıb
İran Qız Qalası su anbarından istifadəyə hazırlaşır
Noyabrın 24-də manatın dollara qarşı məzənnəsi
Bizə güclü ordu barədə nağıl danışırdılar - Erməni biznesmen (VİDEO)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
Dillər Universiteti Fransa səfirliyi ilə birgə keçirəcəyi konfransı təxirə salıb
Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri (MÜSAHİBƏ)
Müharibə bitsə də, Ermənistan hərbçiləri acınacaqlı vəziyyətdədir (VİDEO)
"Azəriqaz" Vətən müharibəsində şəhid olan və yaralanan hərbçilərin qaz borcuna güzəşt edəcək
"Zəfər tariximiz" onlayn respublika intellektual yarışmasına start verilib
“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti arasında müqavilə imzalanıb
Mərkəzi Elmi Kitabxanaya yeni direktor təyin edildi
“Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
Seyran Ohanyanla bağlı cinayət işi Hərbi Prokurorluqda istintaq edilir
Unibank hər kəs üçün 0% komissiyalı onlayn kredit kampaniyası keçirir
Vergi Məcəlləsində dəyişiklik edilib
Mədəniyyət Nazirliyi Fransanın mədəniyyət xadimlərini dürüst və qərəzsiz olmağa çağırıb
AQTA sahibkarlara və istehlakçılara müraciət etdi
İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı (ÖZƏL)
Azərbaycanlı alimlər dünyanın ən nüfuzlu elm adamları siyahısına daxil edilib
Yağıntılı hava pambıq yığımına ciddi təsir etməyib - Nazirlik
Səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına dəyişiklik edilib
KOBİA-nın səlahiyyəti artırılıb
Yaşayış yerini tərk edən “COVİD-19” xəstəsi barədə araşdırma aparılır
Rusiya və Ukrayna vətəndaşları Azərbaycandan vətənlərinə qayıda biləcəklər
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışladığını bəyan edib
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
Ötən həftə "Virtual məktəb" vasitəsilə 6 milyona yaxın dərs keçirilib
Paşinyan, niyə torpaqları dərhal qaytarmadın? - Erməni etirazçı
Bütün xəbərlər