...

Azərbaycan İstanbul Beynəlxalq kitab sərgisində təmsil olunacaq

Mədəniyyət Materials 31 Oktyabr 2017 14:03 (UTC +04:00)
Azərbaycan İstanbul Beynəlxalq kitab sərgisində təmsil olunacaq.
Azərbaycan İstanbul Beynəlxalq kitab sərgisində təmsil olunacaq

Bakı. Trend:

2017-ci ilin 4-7 noyabr tarixində İstanbul şəhərində Beynəlxalq kitab sərgisi baş tutacaq.

Ölkəmizin, onun zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin və “Azərnəşr”, “Kaspi Nəşrləri”, “Hədəf Nəşrləri”, “Altun kitab”, “Qələm” və “Parlaq imzalar” nəşriyyatlarının əməkdaşlarından ibarət nümayəndə heyəti sərgidə iştirakla bağlı İstanbul şəhərinə səfər edəcəklər.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hər il təşkil olunan bu sərgiyə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar gəlir. Azərbaycanın zəngin mədəniyyətinin, sürətli inkişafının və Qarabağ həqiqətlərinin təbliğ olunması, eyni zamanda, nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Cari ildə 36 kv.m sahədə hazırlanmış xüsusi stendlə təmsil olunacağımız sərgidə dövlətçiliyimizə, tariximizə, mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər ziyarətçilərin diqqətinə təqdim ediləcək.

Həmçinin sərgi-yarmarka boyunca bir sıra tədbirlər - noyabrın 4-ü saat 15:00-da milli pavilyonda 300 illiyi münasibətilə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifə həsr olunmuş tədbir və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış “M.P.Vaqif. Biblioqrafiya” kitablarının, həmçinin noyabrın 5-i saat 13:00-da milli pavilyonda Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ildən etibarən həyata keçirdiyi “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi üzrə türkcə çap olunmuş 8 kitabın təqdimat mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti