...

Nizami Kino Mərkəzi Ukraynada keçirilən incəsənət forumunda Azərbaycanı təmsil edib (FOTO)

Mədəniyyət Materials 6 Mart 2018 19:21 (UTC +04:00)
Nizami Kino Mərkəzi Ukraynada keçirilən «Unlimited: Sərhədsiz incəsənət» forumunda Azərbaycanı təmsil edib.
Nizami Kino Mərkəzi Ukraynada keçirilən incəsənət forumunda Azərbaycanı təmsil edib (FOTO)

Bakı. Trend:

Nizami Kino Mərkəzi Ukraynada keçirilən «Unlimited: Sərhədsiz incəsənət» forumunda Azərbaycanı təmsil edib.

Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən «Unlimited: Sərhədsiz incəsənət» Forumunda Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan 200 nümayəndə iştirak edib.

Britis Council Azərbaycanın nümayəndə heyəti ilə birgə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə Kiyevdə keçirilən «Unlimited: Sərhədsiz incəsənət» forumunda iştirak edib.

Forumun açılışında iştirak edən Ukraynanın birinci xanımı Marina Poroşenko çıxışında əlil insanların aktiv ictimai həyata daxıl olmalarının dövlət siyasətinin bir hissəsi olduğunu vurğulayıb və bu sahədə zəmin olaraq inklüziv layihələrin hazırlanmasının vacibliyini qeyd edib.

Panel diskussiyaları zamanı L.Mirzəyeva forum iştirakçılarına Azərbaycanda ilk dəfə Nizami Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində danışma və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin təşkili haqqında təcrübə ilə bölüşüb və bu layihənin ugurlu olduğunu bildirib.

Xatırladaq ki, inklüziv layihələr sırasında bu yaxınlarda Nizami Kino Mərkəzində görmə qabiliyyəti məhdud olan insanlar üçün də kino nümayişləri təskil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti