Bakı. Trend:
Səudiyyə Ərəbistanı da Kann film festivalına qatılmaq qərarına gəlib.
Trend-in məlumatına görə, Səudiyyə Ərəbistanı festivala bir neçə qısametrajlı filmlə qatılacaq.
Bu barədə xəbər verən Səudiyyə Ərəbistanının mədəniyyət naziri Avad ben Saleh əl-Avd deyib: "Bu gün Fransanın mədəniyyət naziri ilə Kann festivalında ilk dəfə iştirak etməklə bağlı razılığa gəldiyimiz üçün çox şadıq".
Qeyd edək ki, 71-ci Kann film festivalı mayın 8-dən 19-a qədər keçiriləcək.