...

Azərbaycan milli xörəkləri Yunanıstanda beynəlxalq festivalda nümayiş edilib (FOTO)

Mədəniyyət Materials 13 İyun 2018 10:48 (UTC +04:00)
Yunanıstanın məşhur Saloniki şəhərində qida festivalı keçirilib.
Azərbaycan milli xörəkləri Yunanıstanda beynəlxalq festivalda nümayiş edilib (FOTO)

Bakı. Trend:

Yunanıstanın məşhur Saloniki şəhərində qida festivalı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 21-ci Qida Festivalında Azərbaycanı “Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib.

Cəmiyyətin üzvləri festivalda Azərbaycanın plov, dolma, qutab və digər təamlarını tanıdıblar. İştirakçılar milli xörəklərimizə böyük maraq göstəriblər. Festival həm də xeyriyyə məqsədi daşıyıb.

Buradan əldə olunan vəsait Filiroda yerləşən yunan uşaq evinə bağışlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti