...

Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub

Mədəniyyət Materials 16 Mart 2019 18:00 (UTC +04:00)
Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub
Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub

Bakı. Trend:

Bu gün Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir təşkil olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, martın 16-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Naxçıvan Muxtar Respublikasından gəlmiş şagirlər üçün konsert təşkil edilib.

Konsertdə xanəndələr Hüseyn Məlikov, Rəvanə Əmiraslanlı, Rəvanə Qurbanova muğamlardan və xalq mahnılarından ibarət proqramla çıxış ediblər.

Daha sonra Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi çərçivəsində “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda Beynəlxalq seminar keçirilib.

Novruz bayramı ərəfəsində Tərtər rayonunda Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcbur köçkünlər üçün salınmış şəhərcikdə bayram tədbiri keçirir.

Tədbirin bayram konserti proqramı Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Saat 19:00-da isə Beynəlxalq Muğam Mərkəzinin konsert zalında Avstriyalı professor, alətşünas, qədim alətlər bərpaçısı Tomas Şallbök və Milli Konservatoriyanın nəzdində “Əsrlərin sədası” adlı qədim musiqi alətləri ansamblının birgə konserti keçirilir.

Göstərilən tədbirlər haqda mətbuatda ətraflı məlumatlar dərc ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti