...

Aygün Səmədzadənin möhtəşəm əsərləri “TRT AVAZ”ın 10 illiyində təqdim olundu (FOTO/VİDEO)

Mədəniyyət Materials 22 Mart 2019 15:23 (UTC +04:00)
Türkiyənin Əskişəhər şəhərində “TRT AVAZ” telekanalının fəaliyyətə başlamasının 10 illiyi və Novruz bayramı münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycanın incəsənət nümayəndələrinin çıxışları alqışlarla qarşılanıb
Aygün Səmədzadənin möhtəşəm əsərləri “TRT AVAZ”ın 10 illiyində təqdim olundu (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyənin Əskişəhər şəhərində “TRT AVAZ” telekanalının fəaliyyətə başlamasının 10 illiyi və Novruz bayramı münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycanın incəsənət nümayəndələrinin çıxışları alqışlarla qarşılanıb

Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadənin rəhbərliyi ilə iştirak edən musiqi heyəti mərasimdə özünəməxsus canlanma yaradıb.

Aygün Səmədzadənin "Sən aglama, gözəlim" balladası, "Bismillah" və "Ey Türk" odası böyük maraga səbəb olub.

Qeyd edək ki, türk dünyasının böyük şairi Əhməd Cavadın sözlərinə bəstələnmiş hər 3 əsər simfonik orkestr, xor və solist üçün nəzərdə tutulub. Xalq artisti Teyyub Aslanovun ifasında səslənən əsərləri Əvəz Muradov (piano) əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Xəyyam Həsənli (ud) müşayiət ediblər.

Qeyd edək ki, TRT AVAZ-ın təqdimat çarxları da bəstəkar Aygün Səmədzadənin musiqisinin müşayiəti ilə təqdim olunub.

Bütün türk dünyasının sənət bayramı olan möhtəşəm konsert Azərbaycan Xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə "TRT Ankara" radiosunun xoru və Əskişəhər orkestrinin birgə iştirakı ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti