...

Aygün Səmədzadə: Sənət adamları mədəniyyətə, incəsənətə göstərilən diqqət və qayğını yüksək dəyərləndirir (VİDEO)

Mədəniyyət Materials 8 Aprel 2019 13:24 (UTC +04:00)
Sənət adamları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə, incəsənətə göstərdikləri qayğını yüksək dəyərləndirir.
Aygün Səmədzadə: Sənət adamları mədəniyyətə, incəsənətə göstərilən diqqət və qayğını yüksək dəyərləndirir (VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sənət adamları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyətə, incəsənətə göstərdikləri qayğını yüksək dəyərləndirir.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında tanınmış bəstəkar, Xalq artisti Aygün Səmədzadə deyib.

A.Səmədzadə bildirib ki, hər bir sənət adamı bütün nailiyyətləri, Azərbaycan mədəniyyətinin tərəqqisi üçün atılan addımları görür və bunu yüksək qiymətləndirir:

"Mən bunu incəsənətə, mədəniyyətə ayrılan böyük diqqət kimi, qayğı kimi dəyərləndirirəm və dövlətimizə Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıram”.

Xalq artisti Azərbaycan bəstəkarlarının mahnılarında böyük vətənpərvərlik ruhunun olduğunu söyləyib:

“Ümumiyyətlə, mən bizim bəstəkarlarımızın Azərbaycan haqqında əsərlərinin hamısında vətənpərvərlik ruhunu hiss edirəm. Vətənə xidmət, sevgi və vətənə özünü fəda etmək, qurban vermək hissləri bir çox Azərbaycan mahnılarında var və bəstələdiyim mahnıların da bu əsərlərin sırasında olduğunu deyə bilərəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti