...

“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq

Mədəniyyət Materials 12 Noyabr 2019 21:21 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı dövr ərzində silsilə tədbirlər keçirilir.
“Nasimi passion” vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili" elan olunması ilə bağlı dövr ərzində silsilə tədbirlər keçirilir.

Trend-in məlumatına görə, bu tədbirlərin davamı olaraq dekabrın 27-də Heydər Əliyev Sarayında Xalq artisti Firəngiz Əlizadənin "Nasimi Passion" əsəri əsasında vokal-xoreoqrafik tamaşası nümayiş olunacaq.

Məlumat üçün qeyd edək ki, əsərin xoreoqrafik quruluşu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnova həvalə olunmuşdur. Tamaşada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, habelə "Nəsimi poeziyası" adlı bədii qiraət müsabiqəsinin qalibləri iştirak edəcəklər.

Hazırda yaradıcılıq prosesinə start verilmiş "Nasimi Passion" vokal-xoreoqrafik tamaşasının dirijoru Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Fəxrəddin Kərimov, baş xormeysteri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova, geyim və eskizlər üzrə rəssamı isə Nazim Yunusovdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti