...

Yapon muğənni “Yaşa, Yaşa Azərbaycan” dedi

Mədəniyyət Materials 1 Oktyabr 2020 09:52 (UTC +04:00)
Yapon muğənni  “Yaşa, Yaşa Azərbaycan” dedi

Bakı. Trend:

Yapon muğənni Kyoko Yamamoto facebook sosial şəbəkəsində Azərbaycana münasibətini, sevgisini yazaraq ölkəmizə dəstək nümayiş etdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, o qeyd edib:

“İlk dəfə Azərbaycana 2014-də getmişəm və Nar bayramında iştirak etmişəm. Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. 2018-ci ildə yenidən Azərbaycana getmişəm və Heydər Əliyevin anım mərasimində iştirak etmişəm. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın...Yaşa, Yaşa, Azərbaycan!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti