Bakı. Trend:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Yeni il ilə bağlı köhnə ənənəni geri qaytarır.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Sabah” Yaradıcılıq Studiyası bayramla bağlı “Televizor” adlı film ərsəyə gətirib.
“Sabah” Yaradıcılıq Studiyasının bədii rəhbəri və filmin prodüseri olan Xalq artisti Ramiz Həsənoğlu bildirib ki, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda” və s. tamaşalar geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılandığı üçün yenidən köhnə ənənəni geri qaytarmaq qərarına gəlmişik.
Filmin ssenarisi Xalq yazıçısı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında yazılıb.
Yaradıcı heyət hesab edir ki, 3 aya yaxın hazırlıq prosesi gedən film böyük maraq doğuracaq.
Filmin quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Eldar Məmmədov və prodüseri isə Ramiz Həsənoğludur.
Film 1 yanvar saat 18:40-da AzTV-də yayımlanacaq.
Filmin anonsu: https://www.youtube.com/watch?v=gae9RgFUR-I&ab_channel=AZTV
Xalq artisti Ramiz Həsənoğlunun müsahibəsi: https://www.youtube.com/watch?v=2C2Id5WOTpY&ab_channel=AZTV