...

Filarmoniyanın abonement konsertləri davam edir (FOTO)

Mədəniyyət Materials 3 Aprel 2023 14:13 (UTC +04:00)
Filarmoniyanın abonement konsertləri davam edir (FOTO)

Bakı. Trend:

2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər mart ayında da davam etdirilib.

Abonement konsertlər 2023-cü ilin mart ayında hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçirilib.

4 mart Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Fortepiano Triosunun “ Klassik musiqidə “Bahar” ” adlı konserti keçirilib. Solist Azərbaycan Respublikasının Xalq artisti Gülnaz İsmayılova (soprano) öz ifasını dinləyicilərə təqdim edib.

11 mart F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Yurduma bahar gəlir” adlı konserti ilə dinləyicilərin qarşısına çıxıb.

Martın 18-də son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram hazırlayıb, onlara maarifləndirici məlumatlar verib.

Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





Məqalədə:
Xəbər lenti

Xəbər lenti