...

Filarmoniya “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində ev sahibliyi edəcək (FOTO)

Mədəniyyət Materials 6 Oktyabr 2023 14:26 (UTC +04:00)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

10-14 oktyabr tarixlərində keçirilən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç (Özbəkistan)) dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsertlər silsiləsinə ev sahibliyi edəcək.

10 oktyabr tarixində dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - İlya Şmukler (piano,Rusiya), Çi-Çi (piano, Çin), Yanqrey Tsay (piano, Çin) və Əli Məmmədov (piano, Azərbaycan) öz ifalarını dinləyicilərə təqdim edəcəklər. Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 2 (c-moll, op.18) və 4 saylı (g-moll, op.40) konsertləri, “Paginini mövzusuna Rapsodiya”sı, op.43 və Sergey Prokofyevin Piano və orkestr üçün 2 saylı (g-moll, op.16) konserti səslənəcək.

12 oktyabr tarixində bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Anastasiya Vorotnaya (piano, Rusiya), Sergey Belyavski (piano, Rusiya) və İsgəndər Məmmədəliyev (piano, Özbəkistan) tamaşaçılar qarşısında çıxış edəcəklər. Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 1 (fis-moll, op.1) və 3 saylı (d-moll, op.30) Konsertləri, Sergey Prokofyevin Piano və orkestr üçün 3 saylı (C-dur, op.26) Konserti səslənəcək.

14 oktyabr tarixində bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (piano, Azərbaycan), Stanislav Yudeniç (piano,Özbəkistan), David Khrikuli (piano, Gürcüstan) musiqisevərlərə öz ifalarının təqdim edəcəklər. Proqramda Johannes Brahmsın Piano və orkestr üçün 2 saylı (B-dur, op.83) Konserti, Moris Ravelin Piano (sol əl üçün) və orkestr üçün 2 saylı (D-dur) Konserti və Wolfgang Amadeus Mozartın İki piano ilə orkestr üçün 10 saylı (Es-dur, KV365) Konserti səslənəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti