...

Tükəzban İsmayılovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 22 Dekabr 2023 20:33 (UTC +04:00)
Tükəzban İsmayılovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli ifaçı Tükəzban İsmayılovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Trend xəbər verir ki, F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət və Mahnı və Rəqs ansamblının instrumental heyəti (bədii rəhbər: Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev; musiqi rəhbəri Mahir İbrahimov) və konsertmeysterlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova, Sevinc Sarıyeva, Nuriyyə Hüseynova, Arzu Əliyeva, Ehtiram Hüseynov, xanəndələr Eldəniz Məmmədov, Rəvanə Qurbanova, Murad Laçın, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Proqramda Tükəzban İsmayılovanın repertuarından təsniflər, bəstəkar və xalq mahnıları səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti