...

Bakıda Litva Dövlətçiliyinin Bərpası Günü münasibətilə Çürlenis adına kvartetin konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 14 Fevral 2025 23:38 (UTC +04:00)
Bakıda Litva Dövlətçiliyinin Bərpası Günü münasibətilə Çürlenis adına kvartetin konserti keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Litva Dövlətçiliyinin Bərpası Gününə həsr olunmuş qəbul və Çürlenis adına simli kvartetin konserti keçirilib.

Trend xəbər verir ki, Çürlenis adına simli kvartet 1968-ci ildə təsis olunub və öz novator yanaşması və yüksək texniki ustalığı ilə məşhurdur.

1990-cı ildə ansambl Livtanın prestijli Mədəniyyət və İncəsənət sahəsində Milli Mükafatının aureatlarından birinə çevrilib. Bu, ölkənin ən mötəbər mükafatı hesab olunur.

Kvartetin musiqiçiləri 18-ci əsr aid italiyalı sənətkarlar tərəfindən yaradılmış unikal musiqi alətlərində əsərlər ifa edirlər. Ansambl tərkibində çıxış etməkdən savayı, onlar müxtəlif musiqi kollektivləri ilə əməkdaşlıq edirlər və müxtəlif bədii layihələrdə iştirak edirlər.

Konsert proqramına Mikaloyus Çürlönis, Yozef Haydn, Astor Piazzolla , Faustas Latenas və Covanni Sollimanın əsərləri daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti