Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov seçicilərlə görüşlərini uğurla davam etdirir. Namizədin növbəti görüşləri saat 10:30-da, 12:30-da və 15:00-da Şirvan şəhərinin müxtəlif ərazilərində yaşayan sakinlərlə olub.
Əvvəlki görüşlərdə olduğu kimi, bugünkü görüşdə də seçicilər R.Cəbrayılovu səmimiyyət və mehribanlıqla qarşıladılar. Namizəd çıxış edərək Şirvan sakinlərinin göstərdikləri böyük hörmət və mehribanlıq qarşısında məsuliyyətinin daha artdığını bildirdi: "Şirvanla məni çox böyük dəyərlər bağlayır. Əgər seçicilər etimad göstərib deputat seçsələr, hər zaman olduğu kimi, deputat olduqdan sonra da daima Şirvan sakinlərinin yanında olacağam".
Seçicilər R.Cəbrayılovun mütəmadi olaraq sakinlərə göstərdiyi diqqət və qayğıdan öz razılıqlarını bildirdilər. Hər zaman Şirvan sakinlərinin yanında olan şirvanlı bir zıyalı ilə fəxr etdiklərini və birmənalı olaraq R.Cəbrayılovu dəstədiklərini bildirdilər.