Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov seçicilərlə görüşlərini davam etdirir.
Namizəd bu gün saat 12:00 və 14:00-da müvafiq olaraq M.Ə.Rəsulzadə küçəsi, 3, 7, 9, 20 Yanvar küçəsi, 1 və 2 saylı binanın və T.İsmayılov küçəsinin sakinləri ilə görüşüb. Görüşdə R.Cəbrayılov seçiciləri səmimi salamlayaraq hər kəsi 1 noyabrda seçkilərə dəvət edib.
R.Cəbrayılova olan hörmət və ehtiramlarını bildirən Şirvan sakinləri şirvanlı olaraq onunla fəxr etdiklərini qeyd ediblər. Hər zaman çıxışları ilə xalqa-millətə dəstək olan R.Cəbrayılova 1 noyabr Milli Məclisə seçkilərdə bütün şirvanlıların dəstək olacaqlarını bildiriblər.