...

Bob Blekmen: "Avropa Parlamenti və ATƏT-in seçkiləri müşahidə etməməsi məni təəccübləndirdi"

Seçki 2015 Materials 28 Oktyabr 2015 20:19 (UTC +04:00)
"Avropa Parlamenti və ATƏT-in Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməmək barədə qərarı məni təəccübləndirdi".
Bob Blekmen: "Avropa Parlamenti və ATƏT-in seçkiləri müşahidə etməməsi məni təəccübləndirdi"

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Avropa Parlamenti və ATƏT-in Azərbaycanda keçiriləcək seçkiləri müşahidə etməmək barədə qərarı məni təəccübləndirdi". Trend-in məlumatına görə, bunu Böyük Britaniya Parlamentinin üzvü Bob Blekmen Seçki-2015.az saytına açıqlamasında bildirib.

O, qeyd edib: "Bu çox qəribə qərardır. Xüsusilə ona görə ki, bu seçkilər Azərbaycanın inkişafında ciddi rol oynayacaq. Digər tərəfdən, ortalıqda belə bir fakt var ki, 22 beynəlxalq təşkilat Azərbaycana 500 müşahidəçi göndərir. Bunlar arasında Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının müşahidəçiləri də var".

B.Blekmenin sözlərinə görə, bütün bu faktlar Azərbaycandakı seçkilərə mövcud marağı göstərir: "Biz əminik ki, bu seçkilər sabit və xoş ab-hava şəraitində keçəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti