Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
"Ümid edirəm ki, Azərbaycanda parlament seçkiləri Avropa standartlarına uyğun keçiriləcək".
Trend-in məlumatına görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2016-c ilin yanvarından prezidenti olacaq Pedro Aqramunt Seçki-2015.az saytına açıqlamasında deyib.
P.Aqramunt AŞ PA-nın müşahidə missiyasının tərkibində seçkiləri izləyəcəyini deyib. Bütün təəssüratlarını isə seçkidən sonra - noyabrın 2-də müşahidə missiyasının keçirəcəyi mətbuat konfransında açıqlayacağını qeyd edib.
Xatırladaq ki, P.Aqramunt Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi olub. Qurumun son sessiyasında isə ispaniyalı deputat AŞ PA-nın prezidenti seçilib.