Azərbaycan, Bakı, 1 noyabr /Trend/
Bu gün keçirilən parlament seçkilərində seçiciləri narahat edən hallar aşkar edilməyib. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında Bosniya və Hersoqovina parlamentinin üzvü Nərminə Kapetanoviç deyib.
Onun sözlərinə görə, baş çəkdikləri 6 məntəqənin heç birində şikayət qeydə alınmayıb.
Beynəlxalq müşahidəçi qeyd edib ki, məntəqələrdə namizədlərin təbliğat-təşviqat materiallarının olmaması seçkinin yaxşı təşkil olunduğundan xəbər verir: "Seçiciləri narahat edən hallar aşkar edilməyib. Bütün bunlar demokratiya və şəffaflığın təmin olunmasını göstərir. Azərbaycanlıların qonaqpərvərliyi və mehribanlığı məni digər səfərlərimdə olduğu kimi bu dəfə də sevindirir".
N.Kapetanoviç bildirib ki, 2 il əvvəl prezident seçkilərini izləmək üçün Bakıda olub: "Həmin seçki yüksək səviyyədə keçirilmişdi. Bu hal məni çox sevindirmişdi. Bu dəfə də seçki prosesi qaydalara uyğun təşkil olunub".