...

Sədr: Agentliyin yaranması o anlama gəlmir ki, qida təhlükəsizliyinə nəzarət edilmirdi

Gündəm Materials 9 Fevral 2018 14:45 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

“Qida Təhlükəsizliyi Agentliyinin yaranması o anlama gəlmir ki, bu qurum yaranana qədər qida təhlükəsizliyinə nəzarət edilmirdi. Sadəcə olaraq, bunu indiyədək müvafiq icra orqanları həyata keçirirdi”.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Q.Təhməzlinin sözlərinə görə, artıq ayrı-ayrı orqanların etdiyi qida təhlükəsizliyi nəzarəti bir qurum tərəfindən həyata keçirilir.

Agentlik sədri qeyd edib ki, qurumun işlərindən biri idxalçı dövlətlərin tələblərinə uyğun sertifikatlaşdırmanın həyata keçirilməsidir: “Konkret olaraq, əsasnamədə qarşımıza o tələb qoyulub ki, idxalçı ölkə ixracatçıdan hansı sənədləri istəyəcəksə, bizim tərəfimizdən də ona uyğun sertifikatlar veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti