...

Nazir: Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər

Gündəm Materials 4 Aprel 2018 11:01 (UTC +04:00)
"Bu gün biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üzərində olsun".
Nazir: Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

"Bu gün biz öyrəşmişik ki, mədəniyyət sektoru dövlətin çiyinləri üzərində olsun. Amma dünya ölkələrinin təcrübəsi onu göstərir ki, mədəniyyət sektoru dövlətə gəlir gətirir".

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Azərbaycanda da mədəniyyət sektoru büdcəyə gəlir gətirməlidir. Bunun üçün isə onlar üçün əlavə imkanlar yaradılmalıdır.

Ə.Qarayevin sözlərinə görə, mədəniyyət sektorunun imkanlarının genişləndirilməsi ölkəyə turizm axınının güclənməsinə yardım edəcək.

Ə.Qarayev əlavə edib ki, turizm sahəsindən gələn gəlirlərin artırılması üçün dünyada qəbul olunmuş vasitələrdən istifadə edilməlidir: "Əfsuslar olsun ki, bəzi dəllallar turizmdən gəlir əldə etmək istəyirlər. Lakin bu, dəllallıqla deyil, bacarıqla, dünyada qəbul olunmuş vasitələrlə olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti