...

Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı

Gündəm Materials 10 Aprel 2018 14:31 (UTC +04:00)
Bakıda bir sıra hotellər turistlərə hər yerdə internetə giriş əldə edə bilmələri üçün portativ 3G/4G Wi-Fi routerləri icarəyə götürməyə imkan verən "WokiFi" xidmətini işə salıb.
Azərbaycanda İLK: Yalnız turistlər üçün hər yerdə internet imkanı yaradıldı

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda bir sıra hotellər turistlərə hər yerdə internetə giriş əldə edə bilmələri üçün portativ 3G/4G Wi-Fi routerləri icarəyə götürməyə imkan verən "WokiFi" xidmətini işə salıb.

Bu barədə Trend-ə "Simbrella" şirkətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, layihə "Azərfon" mobil operatoru ("Nar" ticarət markası), Azərbaycan Konqreslər Bürosu ilə birgə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılır.

Hazırda "WokiFi" xidməti "Sultan Inn Boutique Hotel", "Seven Rooms Boutique Hotel", "Sahil Hostel&Hotel", "Boulevard Side Hotel" və "Excelsior Hotel&Spa Baku" hotelləri tərəfindən təqdim olunur.

Şirkətdən bildiriblər ki, turistin sifariş etdiyi paketin dəyəri hoteldə qalmaq dəyərinə daxil edilir:

""WokiFi" xidmətinin üstünlüyü ondadır ki, internetə giriş ölkənin istənilən nöqtəsində hər zaman turistin əlinin altındadır. Eyni zamanda hər qurğuya 10-dək şəxs qoşula bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti