...

"AGF Junior Trophy"də halqa və topla hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)

Gündəm Materials 24 Aprel 2018 13:31 (UTC +04:00)
Bu gün Bakıda gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə halqa və topla hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
"AGF Junior Trophy"də halqa və topla hərəkətlərdə mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə halqa və topla hərəkətlərdə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mükafatları Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Rafiq Rzayev, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mariana Vasilyeva, "OcaqScoring" şirkətinin icraçı direktoru Emin Muxtarov, hakim Yevgeniya Jidkova və Federasiyanın menecerləri Sevda Bağırova və Fərhad Əhmədbəyli təqdim edib.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.

Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti