...

DGK sədri: Azərbaycan və Aİ ölkələri arasında əmtəə dövriyyəsi ildən-ilə artır

Gündəm Materials 5 İyun 2018 11:45 (UTC +04:00)
Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında əmtəə dövriyyəsi ildən-ilə artmağa davam edir.
DGK sədri: Azərbaycan və Aİ ölkələri arasında əmtəə dövriyyəsi ildən-ilə artır

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında əmtəə dövriyyəsi ildən-ilə artmağa davam edir.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Bakıda keçirilən IV Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.

S.Mehdiyev bildirib ki, cari ildə Azərbaycanla Aİ ölkələri arasında həm ixrac, həm də idxal əməliyyatlarında artım müşahidə olunur:

"2018-ci ilin ötən 5 ayında Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 5 milyard dolları ötüb. Bununla yanaşı, Aİ-yə ixrac ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5 faiz artaraq 3,7 milyard dollar, idxal isə 41 faiz artaraq 936 milyon dollar təşkil edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti