Bakı. Trend:
İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanı bu toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.
Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.