...

Komitə sahibkarlara: Tikinti prosesi tam icazə alınandan sonra həyata keçirilməlidir

Gündəm Materials 10 Avqust 2018 10:27 (UTC +04:00)
Azərbaycanda sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilir, lakin təəssüflər olsun ki, bəzi hallarda tikinti sahəsində fəaliyyət göstərən sahibkarlar bu dəstəkdən sui-istifadə edirlər, sənədləşmə prosedurunu tam həyata keçirmədən tikintiyə başlayırlar.
Komitə sahibkarlara: Tikinti prosesi tam icazə alınandan sonra həyata keçirilməlidir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilir, lakin təəssüflər olsun ki, bəzi hallarda tikinti sahəsində fəaliyyət göstərən sahibkarlar bu dəstəkdən sui-istifadə edirlər, sənədləşmə prosedurunu tam həyata keçirmədən tikintiyə başlayırlar.

Trend-in məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib.

S.Nuriyev qeyd edib ki, bu halların qarşısını almaq üçün lazımi tədbirlər görülür, eyni zamanda aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir:

“Hamıya səslənərək sahibkarları tikinti sahəsində qanunvericilik çərçivəsində öz işlərini görməyə çağırırıq. Bu işlərə çox ciddi nəzarət olunacaq. Sahibkarlara səslənərək deyirəm ki, tikinti prosesi tam icazə alınandan sonra həyata keçirilməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti