...

Bu gün bu ərazilərdə iki saatdan artıq işıq olmayacaq

Gündəm Materials 28 Sentyabr 2018 11:23 (UTC +04:00)
Bu gün bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək.
Bu gün bu ərazilərdə iki saatdan artıq işıq olmayacaq

Bakı. Trend:

Bu gün bir sıra ərazilərdə elektrik enerjisi kəsiləcək.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, bu gün saat 12.00-dan 14.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Xırdalan şəhərinin 25, 26, 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti