...

Yunanıstanı viran qoyan "Zorba" Türkiyəyə yaxınlaşır (VİDEO)

Gündəm Materials 1 Oktyabr 2018 10:55 (UTC +04:00)
Yunanıstanda tüğyan edən qasırğa ciddi fəsadlara yol açıb.
Yunanıstanı viran qoyan "Zorba" Türkiyəyə yaxınlaşır (VİDEO)

Bakı. Trend:

Yunanıstanda tüğyan edən qasırğa ciddi fəsadlara yol açıb.

Trend-in məlumatına görə, ən böyük ziyan Peloponnes yarmadasına dəyib. Hətta Peloponnes qubernatoru Petros Tatulis ölkə hakimiyyətinə yarımadada fövqəladə vəziyyət elan edilməsi ilə müraciət etməyi qərara alıb.

Qubernator köməkçisi Anqelos Papanqelopulosun sözlərinə görə, güclü külək və yağışla müşaiyət olunan qasırğa nəticəsində çaylar məcrasından çıxıb, Arqos və Nafplio şəhərlərində küçələr su altında qalıb.

Dəhşətli "Zorba" qasırğasının artıq Türkiyə sahillərinə yaxınlaşdığı qeyd edilir. İzmir, Aydan və Muğla sakinlərinə yaxınlaşan qasırğa ilə bağlı xəbərdarlıq edilib.

İzmir və Quşadasında gəmilərin hərəkəti bunula əlaqədar olaraq dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti